“Turkish Aerospace Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını azaldır.

İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 1 500,000 ABŞ dollarından 500,000 ABŞ dollarına azaldıldığını elan edib.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin yerləşdiyi hüquqi ünvana bildirə bilərlər.

Qeyd edək ki, “Turkish Aerospace Azerbaijan” “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) yeni törəmə şirkətidir. Şirkət bu ilin aprel ayında dövlət qeydiyyatına alınıb.