Martın 9-da Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə, Goranboy rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.