Türkiyənin Habertürk televiziyasına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski müharibə şəraitində ailəsinə ayırdığı vaxtdan və gün ərzində neçə saat yatmasından danışıb.

“Ailəmlə daimi əlaqə saxlayıram, amma bu barədə daha ətraflı məlumat vermək istəmirəm”, - deyə türkiyəli jurnalistin sualını cavablandıran V.Zelenski bildirib.  

44 yaşlı siyasətçi bildirib ki, düzgün qərarlar verə bilmək üçün özünü qorumağa çalışır:

“Cəmi beş saat yatıram. Gün ərzində müxtəlif insanlarla görüşürəm. Müxtəlif qərarlar verməyimiz lazım olur”.