Böyük Britaniya Ukraynadakı hərbi əməliyyatların dayandırılmasına və Rusiya qoşunlarının bu ölkədən çıxarılmasında vasitəçi olmağa hazırdır.

Bu sözləri Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord Ukrayna və Rusiya arasında aparılan danışıqların nəticələrini şərh edərkən deyib.

Diplomat bəyan edib ki, Böyük Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır.