Böyük Britaniya hökuməti Ukraynadan olan qaçqınları rus oliqarxlarının müsadirə olunmuş malikanələrində yerləşdirməyi planlaşdırır.

Böyük Britaniya baş nazirinin müavini Dominik Raab deyib ki, Böyük Britaniya hökuməti oliqarxların Londondakı malikanələrini müsadirə edə və onlardan ukraynalı qaçqınların yerləşdirilməsi üçün istifadə edə bilər.

Onun sözlərinə görə, hökumət tezliklə oliqarxların sərvətlərini qorumaq üçün bahalı hüquq firmalarını tutmalarını qadağan edəcək təkliflər irəli sürəcək.

Bundan əlavə, Rusiyanın tanınmış iş adamları Alişer Usmanov və İqor Şuvalovun aktivlərinin dondurulacağı və onların Böyük Britaniyaya səyahət edə bilməyəcəyi qeyd olunur.