Əfqanıstanda son üç il ərzində təxminən 1,4 milyon qız orta təhsil ala bilməyib.

İqtisadiyyat.az xəbər verir ki, bunu UNESKO-nun Baş direktoru Odre Azule bildirib.

“Əfqanıstan dünyada 12 yaşdan yuxarı qızların və qadınların təhsil almasını qadağan edən yeganə ölkədir ki, biz bu problemə biganə qalmamalıyıq. De-fakto hakimiyyətin tətbiq etdiyi qadağa nəticəsində 2021-ci ildən bəri ən azı 1,4 milyon qız orta təhsil almaq hüququndan məhrum edilib”, - deyə o qeyd edib.

 

Gözəl Həşimova