Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdakı dayanacaqlardakı nasazlıqların aradan qaldırılmasına yarım milyon manat xərcləyəcək.

İqtisadiyyat.az xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqlara başlayıb.

Qeyd olunub ki, paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaq pavilyonlarında yaranmış nasazlıqların aradan qaldırılması işləri "SMCS" şirkətinə həvalə edilib.

AYNA bu işlərin müqabilində şirkətə 500 min manatdan çox vəsait ödəyəcək.