Ukraynanın ən mühüm silahlı strukturlarından olan "Azov" batalyonunun komandirlərini gətirmək üçün gedən "Mi-8" tipli vertolyot Rusiya silahlıları tərəfindən vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov məlumat verib. 

Qeyd olunub ki, vertolyot Mariupol vilayətində, Azov dənizinin sahil zolağından 5 kilometr aralıda "Azov" batalyonunun komandirlərinin təcili təxliyəsi üçün gedən zaman vurulub.