“Kramatorsk xəstəxanaları raket zərbəsi endirilmiş vağzaldan gətirilən yaralıların çoxluğu ilə bacarmır”.

Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, faciədən sonra xəstəxanada 30-40 cərrah eyni zamanda əməliyyat aparır.

“Çox ağır yaralılar var, əlləri, ayaqları qopub, eyni zamanda 30-40 cərrah əməliyyat edir”, - Qonçarenko deyib.

O əlavə edib ki, raketlərin qalıqlarını dəmiryolu vağzalından 40 metr aralıda da tapırlar ki, bu da zərbənin çox güclü olduğundan xəbər verir.

Merin sözlərinə görə, hadisə zamanı vağzalda təxliyə gözləyən təxminən dörd min insan olub.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hadisə yerindən video paylaşıb.