Rusiyanın hücumu nəticəsində Ukraynada indiyədək 148 uşaq həlak olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin tvitter hesabında məlumat yayılıb.

Nazirlik Rusiyanın Ukraynaya təxminən 1370 raket atdığını bildirib. Qeyd olunur ki, Ukraynanın 15 hava limanı məhv edilib.

Məlumatda 10 milyondan çox ukraynalının müharibə səbəbilə evlərini tərk etdiyi bildirilib.