Ukrayna ordusu Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini azad edib.

Bu barədə Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram” hesabında məlumat verib.

O qeyd edib ki, Ukrayna ordusu Malaya Roqan ərazisindəki yaşayış məntəqələrini geri alıb. Hazırda həmin istiqamətdə döyüşlər davam edir.

“Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin müdafiəsini saxlayır və bir metr belə olsun geri çəkilmir”, - deyə o vurğulayıb.