Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundu martın 7-də keçiriləcək.

Bunu Ukrayna nümayəndə heyətinin üzvü, “Xalqın xidmətçisi” parlament fraksiyasının sədri David Araxamia bildirib.

Araxamiya “Facebook” hesabında qeyd edib ki, görüş bazar gününə nəzərdə tutulub.

Rusiya XİN-in şöbə müdiri Aleksey Polişuk da növbəti raundun keçiriləcəyi xəbərini təsdiq edib.

Qeyd edək ki, danışıqların ilk raundu fevralın 28-i, ikinci raundu isə martın 3-də keçirilib.