NATO Ukraynaya Kiber Müdafiə Əməkdaşlıq Mərkəzinin üzvü statusu verib.

İqtisadiyyat.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Kalle Laanet deyib. 

O bildirib ki, Ukrayna NATO-nun Kibermüdafiə üzrə Əməkdaşlıq Mərkəzinə (CCDCOE) üzv olub: "Biz Ukraynaya CCDCOE üzvü statusu verməyə razı olan NATO üzvlərinin qərarlarını alqışlayırıq".