Ukrayna Silahlı Qüvvələrinin 2 helikopteri Bryansk vilayətinin Klimovo kəndinə azı altı hava zərbəsi endirib. 

Bu barədə cümə axşamı, aprelin 14-də Rusiya İstintaq Komitəsinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, ağır hücum silahları ilə təchiz edilmiş Ukrayna helikopterləri qeyri-qanuni olaraq Rusiya hava məkanına daxil olaraq aşağı hündürlükdə hərəkət edərək, saat 12:30 radələrində Klimovo kəndinin Zareçnaya və Lenin küçələrindəki evlərə hücum edib.

İstintaq Komitəsi Ukrayna Silahlı Qüvvələrinin kəndi atəşə tutması nəticəsində 7 nəfərin yaralandığını bildirib.