Tesla Çində Model 3 və Model Y elektrik enerjisi ilə çalışan avtomobillərinin satış qiymətlərini 9 faizə qədər aşağı salıb.

İqtisadiyyat.az bildirir ki, məlumata görə, qiymətlərin aşağı salınması elektomobillərə tələbin aşağı düşməsilə əlaqədardır.

Qiymətlərin azaldılması Tesla-nın baş direktoru Elon Maskın keçən həftə "bir növ tənəzzülün" davam etdiyini söyləməsindən sonra baş verib.

Tesla avtomobil satışlarını artırmaq üçün keçən ay sığorta təşviqləri də təklif edib.

Teslanın qiymət endirimləri elektrik avtomobil istehsalçıları üçün artan rəqabət riskini vurğulayır. Çində satışların 2023-cü ilə qədər yavaşlaması gözlənilir.