Rus işğalçıları Luqansk vilayətinin Severodonetsk rayonunda işğal altındakı Kreminna şəhərindən qaçmağa çalışan insanları güllələyirlər.  

Bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydai məlumat yayıb.

"Aprelin 18-də səhər saatlarında Kremin sakinləri öz maşınları ilə təxliyyə etməyə çalışıblar. Ruslar mülki şəxslərin olduğu avtomobili atəşə tutublar. 4 nəfər həlak olub. Ağır yaralanan 1 nəfər hələ də hadisə yerindədir", - deyə o bildirib.  

Qaydai həmçinin Kreminna şəhərindən dinc sakinləri evakuasiya etməyin mümkün olmadığını dilə gətirib.