Rusiyanın Odessa vilayətində Rusiya Federasiyasının agentləri saxlanılıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb. 

Qeyd olunur ki, SBU təcavüzkar ölkəyə işləyən agent şəbəkəsini zərərsizləşdirib və onun üç agentini saxlayıb: "Müəyyən edilib ki, onların hərəkətləri 2014-cü ildə Rusiyaya qaçmış şəxslər tərəfindən əlaqələndirilib. Genişmiqyaslı işğal ərəfəsində bu agentlər müxtəlif bölgələrdə sosial gərginliyi artırıblar. Xüsusilə, təxribat törətməyə cəhd ediblər: nəqliyyatı məhv etməklə, infrastruktura, meşələrə od vurmağa, milli mədəni rəmzlərə zərər vurmağa və mitinqləri təşkil etməkdə".