"Ukraynada Donetsk və Luqansk Xalq Respublikalarının tam azad edilməsinə yönəlmiş xüsusi hərbi əməliyyatın növbəti mərhələsi başlayır". 

Bunu "İndia Today" telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ukraynanın şərqindəki əməliyyat, əvvəldən elan olunduğu kimi, Donetsk və Luqansk respublikalarının tam azad edilməsinə yönəlib. Bu əməliyyat davam edəcək, bu əməliyyatın növbəti mərhələsi başlayır və düşünürəm ki, indi vacib bir an olacaq".