Putin və ordusu strategiyasını dəyişir. Onlar Xarkova və Mariupola daxil olmaqla bütün Donbasa daha da təzyiq göstərmək üçün qoşunlarını gücləndirirlər”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bildirib.

O qeyd edib ki, Rusiya hərbi əməliyyatlarına Ukrayna ilə kifayətlənməyəcək.

“Müxtəlif ekspertlər Rusiyanın işğalı halında Ukraynanın bir həftədən çox dayanmayacağını bildiriblər. Biz nəinki rus ordusunu dayandıra bildik - onları rədd etdik! Amma bizim müharibəmiz hələ bitməyib. Bu, yalnız birinci tur idi" - deyə Zelenski bildirib.