Əfqanıstanın yeni hökumətinin ilk diplomatı Rusiyada akkreditə olunub.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Əfqanıstanın qonşu ölkələrinin xarici işlər nazirlərinin Çində keçirilən iclasında çıxış edən rusiyalı diplomat bəyan edib ki, idarəçilik təcrübəsinin olmaması, maliyyə və iqtisadi məhdudiyyətlər, həmçinin müttəfiqlərinin siyasi və diplomatik təzyiqlərinə baxmayaraq, Əfqanıstanın yeni administrasiyası ümumilikdə dövləti ayaqda saxlamağa nail olur.

Lavrov əlavə edib ki, Kabildəki hökumətin beynəlxalq aləm tərəfindən tanınmasına əsas maneə onun tərkibində Əfqanıstanın müxtəlif təbəqələrini təmsil edən milli, dini və siyasi azlıqların təmsil olunmamasıdır. İnterfaks