"Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir və bundan sonra onlar Kiyevi götürməyə cəhd göstərəcək”.

Bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. Təhlükə hələ də qalmaqdadır”, - o vurğulayıb.

A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir: “Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları saxlayırlar”.