Rusiyanın Ukraynanın Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına raket hücumu nəticəsində ölənlərin sayı 28-ə çatıb.

Bu barədə Fövqəladə Hallar Xidmətinin Nikolayev vilayəti üzrə Baş İdarəsinin nümayəndəsi İlyana Patsyuk məlumat verib.

"Aprelin 1-də düşmən raketinin Nikolayev Vilayət Dövlət Administrasiyasının binasına düşməsi və onun dağıdılması nəticəsində 28 nəfər həlak olub, 27 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılıb", - Patsyuk bildirib.

Qeyd edək ki, Rusiya martın 29-da Nikolaevdə dövlət administrasiyasının və vilayət şurasının yerləşdiyi Administrasiyanın doqquzmərtəbəli inzibati binasını raketlərlə vurub.