Rusiya əsgərləri Ukraynadakı müharibədən qaçmağa o qədər can atırlar ki, vəd etdikləri medallardan belə imtina edirlər. 

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. 

"Onlara Putinin bu yaxınlarda icad etdiyi “xüsusi əməliyyat veteranı” mükafatları lazım deyil, amma həqiqətən də öz həyatlarını xilas etmək istəyirlər", - deyə  məlumatda qeyd olunub. 

Məlumata görə əsir düşmüş rus hərbçilərdən birinin açıqlamasında  "Veteran? Bizə burada medallar vəd edilmişdi. "Hər biriniz medal alacaqsınız və bunun üçün daha çox pul alacaqsınız" və mən bundan imtina edirəm", -  deyə bildirib.