Rusiya prezidenti Vladimir Putinin "dost olmayan ölkələrlə" qaz müqavilələrinin rubl ödəniş formasına keçirilməsi ilə bağlı qəbul etdiyi qərar ləğv edilə bilər.

Bu ehtimalı Kremlin mətbuat katibi Dmitri Peskov istisna etməyib.

Onun sözlərinə görə, gələcəkdə müxtəlif variantlar mümkündür, lakin indi rublla ödəniş ən etibarlı variant kimi görünür. Həmçinin, Kreml sözçüsü bildirib ki, bu, rublla ödənişə keçid edilmədiyi təqdirdə çatdırılmanın dərhal dayandırılacağı anlamına gəlmir. Hesablamalar bir ay ərzində gedir.