Kiyevdə metronun “Slavutiç” stansiyasında diversant saxlanılıb.

Bu barədə Ukrayna Milli Polisindən xəbər verilib.

Bildirilir ki, şübhəli şəxs stansiyaya girmək istəyərkən ələ keçib.

Onun əlindəki bağlamada F-1 qumbarası aşkar edilib. 

Qeyd edək ki, metro stansiyasından vətəndaşlar üçün sığınacaq kimi istifadə edilir.