İtaliyada Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

Bu barədə ölkənin xarici işlər naziri Luici Di Mayo bildirib.

“İndiyə qədər ümumi məbləğ 900 milyon avro təşkil edib. Biz tez və davamlı hərəkət etdik və bunu gələcəkdə də davam etdirəcəyik”, - deyə o qeyd edib.

Bundan əvvəl İtaliya hökuməti rusiyalı iş adamı Andrey Melniçenkonun yaxtasına həbs qoyub. Rusiyalı milyarder Poman Abramoviç isə yaxtasını Monteneqroya apararaq, sanksiyalardan xilas ola bilib.