İsrail 25 rus milyarderin şəxsi təyyarə və yaxtalarına sanksiya tətbiq edib.

Onlar, əsasən, Rusiya Prezidenti Vladimir Putinə yaxın olan şəxslərdir.

Sanksiya qərarı çərçivəsində 25 rus oliqarxa aid şəxsi təyyarələr İsrail hava limanlarında 48 saatdan artıq qala bilməyəcək və onlara aid yaxtaların limanlara yanalmasına icazə verilməyəcək.

“İsrail Putinə yaxın rus iş adamlarına sanksiya tətbiq etməklə ABŞ-a qoşulmağa qərar verib”, - qəzet yazıb.

Xəbərdə həmin 25 şəxsin kimlər olduğu ilə bağlı məlumatlara yer verilməyib.