“Fitch Ratings” agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli defolt reytinqini (IDR) “B”dən “C”-yə endirib.

Bundan əvvəl “Moody's” reytinq agentliyi Rusiyanın reytinqini “B3”-dən “Ca”-ya endirib.

Yeri gəlmişkən bildirək ki, “Fitch” Rusiyada kommersiya fəaliyyətini dayandırdığını da açıqlayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə “C” reytinqi ölkənin qaçılmaz suveren defoltu deməkdi.