Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətindəki ərazidə yaşayan ermənilərin təbii qazla bağlı problemindən danışıb.

O qeyd edib ki, qaz xəttindəki qəza ilə bağlı məsuliyyət Rusiyanın üzərinə düşür. Onun sözlərinə görə, hadisə sülhməramlıların məsuliyyət zonasında baş verdiyi üçün məhz Rusiya tərəfi məsuliyyət daşıyır.