ABŞ-ın “Coca-Cola” şirkəti Rusiyadakı fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

“Reuters” isə bildirib ki, “Coca-Cola”nın əsas rəqibi olan “PepsiCo” şirkəti də Rusiyada içkilərin satışını dayandırır. Lakin şirkət uşaq qidası da daxil olmaqla zəruri məhsulların satışını davam etdirəcək.