2020-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri koronavirus pandemiyası ilə mübarizə çərçivəsində iqtisadi fəallığın tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədar əlverişli olmayan makroiqtisadi şəraitdə reallaşdırılıb.

Bu barədə Hesablama Palatasınını 2020-ci il dövlət büdcəsinin icrası barədə rəyində deyilir.

Qeyd olunur ki, ötən il dövlət büdcəsinin gəlirlərinə təsir göstərmiş makroqtisadi göstəricilər ümumi daxili məhsulun 4,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,6 faiz, neft sektoru üzrə 7 faiz, əsas kapitala yönəlmiş vəsaitlərin 8,3 faiz azalması, eləcə də 2,8 faiz səviyyəsində istehlak qiymətləri indeksi olub.

Eyni zamanda Azərbaycanın ixracı 30,6 faiz, idxalı isə 21,5 faiz azalıb.