Tanınmış fransız aktyor, rejissor, prodüser, ssenarist Alen Delon vəfat edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, aktyor 88 yaşında dünyasını dəyişib.

Alen Delon 1935-ci ildə anadan olub. Kino sənəti ilə ilk tanışlıqları 1957-ci ildən başlayıb.