"Belarus və Rusiya görürlər ki, Qərb ölkələri öz hərbi hissələrini birbaşa Ukraynaya göndərə bilərlər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının "Həftənin xəbərləri" proqramına müsahibəsində bildirib.

"Biz Rusiya Prezidenti Vladimir Putinlə görürük ki, NATO qoşunları bunu gizlətmədən açıq şəkildə müharibəyə daxil ola bilər, onlar hərbi birləşmələrlə birbaşa Ukraynaya gələ bilərlər", - Lukaşenko qeyd edib.