İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bir neçə üzvü yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə sülhməramlı qüvvələrin rəsmi "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.

"Bu gün səhər saatlarında, üç sülhməramlı patrul xidməti zamanı Livanın cənubundakı Yarin bölgəsi yaxınlığında baş verən partlayış nəticəsində yüngül xəsarət alıblar", - deyə məlumatda bildirilir.

UNIFIL hadisənin səbəbləri ilə bağlı araşdırmaya başlayıb.