"Dinc sakinləri qətlə yetirən, nüvə təhlükəsizliyinə təhdidlər yaradan Ukraynanın nasist rejimi ilə danışmağa heç nə yoxdur". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

"Avqustun 6-dan sonra bütün dünya ukrobanderitlərin bu xoşməramlı jestinə cavabını gördü: Kursk vilayətində quldur hücumu, onların dinc əhaliyə qarşı vəhşilikləri, həkimlərin, xilasedicilərin və könüllülərin məqsədyönlü şəkildə öldürülməsi, mülki maşınlara hücumlar, raket hücumları, yaşayış binaları, geniş miqyaslı talan və hətta nüvə təhlükəsizliyinə təhdidlər. Əlbəttə ki, Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, bunu edən insanlarla danışmağa heç bir şey yoxdur", - diplomat vurğulayıb.