Yaponiya növbəti il müdafiə büdcəsini rekord həddə - 54 milyard dollara qədər artırmaq istəyir. Bunun səbəbi Çin tərəfindən olan təhdidlərdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kyodo" öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, büdcə xüsusilə Çinin artan hərbi qətiyyəti fonunda uzaq adaların daha yaxşı müdafiəsi məqsədilə pilotsuz uçuş aparatlarının yerləşdirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbət Tayvana yaxınlığı səbəbindən strateji əhəmiyyət daşıyan Nansey adalarından gedir.