"ABŞ-nin vitse-prezidenti, yüksək hökumət postuna Demokratların namizədi Kamala Harris seçicilərə söz verir ki, qalib gəlsə, birinci gün inflyasiya ilə mübarizə aparacaq. Lakin o, ABŞ Prezidenti Co Baydenin administrasiyasında işlədiyi 3,5 il ərzində buna cəhd etməyib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Harrisin iqtisadi planına qarşı onun Respublikaçılar Partiyasından rəqibi Donald Tramp deyib.

"Harris prezident olduğu ilk gün yemək və ev qiymətlərini aşağı salacağını deyir, amma onun ilk günü 3,5 il əvvəl idi, indi o, 1305-ci günündədir. Ancaq heç nə etməyib", - Tramp Pensilvaniyadakı tərəfdarlarına deyib.

Tramp iddia edir ki, Ağ Evi tərk edərkən Bayden və Harrisə ABŞ iqtisadiyyatını əla vəziyyətdə təhvil verib, lakin ondan sonra hakimiyyətə "səriştəsiz bir dəstə adam" gəlib.