"Qərbdə Belarus sərhədinin müdafiəsi Minsk və Moskva tərəfindən işlənib hazırlanmışdır, lazım gələrsə, bu plan hücuma keçə bilər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının "Həftənin xəbərləri" proqramına müsahibəsində bildirib.

"Orada bizim üçün daha asan olacaq, Brestdən, Qrodnodan və daha yüksəklərdən, demək olar ki, Litva və Polşa sərhədləri bizim üçün əlverişli şəraitdə bağlanıb. Rusiya Prezidenti Vladimir Putinin və mənim qərb istiqamətinin müdafiəsini planlaşdırdığımız ilk il deyil, bizim müdafiə planlarımız əvvəldən var, lazım gələrsə, onları hücum planına çevirəcəyik", - Lukaşenko qeyd edib.