"Belarus-Ukrayna sərhədində 120 mindən çox Ukrayna hərbçisi yerləşdirilib". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının "Həftənin xəbərləri" proqramına müsahibəsində deyib.

"Belarus-Ukrayna sərhədində qarşı tərəf bizim sərhədimizdə 120 mindən çox ukraynalı hərbçi saxlayırlar ki, onların təcavüzkar siyasətinə qarşı bütün sərhəd boyu ordumuzu yerləşdirdik", - Lukaşenko qeyd edib.