Yaponiyanın Baş naziri Fumio Kişida ölkənin hakim Liberal Demokrat Partiyasının sədri seçildikdən sonra hökumət başçısı postunu tərk edəcəyini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, Baş nazir qərarını iqamətgahında keçirdiyi təcili mətbuat konfransında açıqlayıb.

Partiyaya ianələrin toplanması zamanı maliyyə hesabatı qaydalarının pozulması nəticəsində hökumətin reytinqi rekord həddə düşdüyündən Kişida seçkilərdə iştirak etməmək qərarına gəlib.

Kişida administrasiyasının nailiyyətləri arasında əmək haqqının artırılması və investisiyaların stimullaşdırılması üzrə tədbirlər var.

 

Gözəl Həşimova