"Qarabağ" UEFA Çempionlar Liqasında Bolqarıstanın "Ludoqorets" komandasını məğlub edərək pley-off mərhələsinə yüksəldi.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu mərhələyə yüksəlməklə büdcəsini xeyli artıracaq.

Belə ki, UEFA pley-off mərhələsində məğlub olan hər kluba 5 milyon avro, qrup mərhələsinə vəsiqə qazanan klublara isə 15 milyon avro maliyyə vəsaiti verəcək.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşacaq.