Qlobal kartof bazarı son bir neçə ildə kəskin böyüyüb. Kartof istənilən iqlim və şəraitdə böyüyə bilər. Onların böyüməsi üçün daha az vaxt tələb olunur, digər tərəvəzlərə nisbətən ucuz başa gəlir və daha kiçik torpaq sahəsi tutur. Ümumillikdə dünyada təxminən 5000 kartof növü var.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 2021-ci ildə dünyada 373,4 milyon tondan çox kartof istehsal edilib ki, bu da 2010-cu ildəki 328,6 milyon ton istehsal həcmindən çoxdur.

Çin dünyanın ən böyük kartof istehsalçısıdır. Belə ki, dünyada kartofların təxminən üçdə biri Çin və Hindistanda istehsal olunur.

Araşdırmalara görə, 2022-ci ildə dünyada 374,7 milyon ton kartof yığılıb ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir:

İllər

Kartof yığımı

2002

316,4 milyon ton

2003

314,7 milyon ton

2004

336,2 milyon ton

2005

326,6 milyon ton

2006

307,3 milyon ton

2007

323,9 milyon ton

2008

329,9 milyon ton

2009

334,7 milyon ton

2010

328,6 milyon ton

2011

367,8 milyon ton

2012

361 milyon ton

2013

365 milyon ton

2014

369,9 milyon ton

2015

366 milyon ton

2016

354,8 milyon ton

2017

368,5 milyon ton

2018

364 milyon ton

2019

366,8 milyon ton

2020

369,3 milyon ton

2021

373,7 milyon ton

2022

374,7 milyon ton

 

Məlumata görə, dünyada kartofun qiymətinin ən yüksək olduğu ölkə Cənubi Koreyadır. Belə ki, ötən il ölkədə 1 kq kartofun qiyməti 4,14 dollar olub. Ötən il ABŞ 3,08 dollarla bu siyahıda üçüncü olub.

2023-cü ildə kartof idxalına ən çox xərc çəkən ölkə Belçika olub. Həmin il ölkə kartof idxalına 1 milyard dollardan çox pul xərcləyib. Siyahıda 502,3 milyon dollarla İspaniya ikinci, 480 milyon dollarla Niderland üçüncü olub.

Eyni zamanda, 2022-ci ildə dünya üzrə ən çox kartof ixrac edən ölkə 964,5 milyon dollarla Niderland olub. Adambaşına ən çox kartof istehlak edən ölkələr isə Belarus, Ukrayna və Qırğızıstandır.

 

Gözəl Həşimova