UEFA Çempionlar Liqasında “Ludoqorets” (Bolqarıstan) səddini iki oyunun nəticəsində 8:4 hesabı ilə aşan “Qarabağ” bu turnirin pley-off mərhələsində Xorvatiya “Dinamo”su ilə qarşılaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, “köhlən atlar”ın Zaqreb təmsilçisi ilə oyununlarının da vaxtı məlumdu. Belə ki, ilk matç səfərdə baş tutacaq. Avqustun 20-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tərəflər arasında cavab qarşılaşma isə bir həftə sonra Bakıda keçiriləcək və saat 21:45-də başlayacaq.

Hər iki görüşü CBC Sport kanalı canlı yayımlayacaq