Almaniya iqtisadiyyatı bu ilin ikinci rübündə 0,1 faiz kiçilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) ikinci rüb üçün ümumi daxili məhsulun (ÜDM) ilkin məlumatlarını açıqlayıb.

Bazar gözləntisi dünyanın dördüncü ən böyük iqtisadiyyatının rüblük əsasda 0,1 faiz artacağı olub.

Ölkə iqtisadiyyatı bu ilin birinci rübündə isə 0,2 faiz böyüyüb.

 

Gözəl Həşimova