Bu ilin birinci yarısında Qırğızıstanın ümumi daxili məhsulunun (ÜDM) artımı 8,1% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatının həcmi 6,65 milyard dollara çatıb.

Bildirilib ki, Qırğızıstan iqtisadiyyatının artımı bilavasitə Kumtor qızıl yatağının işlənilməsi ilə bağlı olub, burada hər il orta hesabla təxminən 15 ton qızıl hasil edilir.

 

Gözəl Həşimova