Ukrayna ordusunda döyüşən azərbaycanlı könüllü Elnur Həsənov Kiyevin müdafiəsi zamanı həlak olub. 

Bu barədə onun könüllü olduğu "Karpat Seçi" batalyonunun nümayəndələri məlumat verib. 

"Alik" ləqəbli həmyerlimiz İrpində Rusiya tərəfinin minaatanlardan atəşə tutması nəticəsində həlak olub.

1993-cü il təvəllüdlü Həsənovun iki övladı və hamilə həyat yoldaşı qalıb.

Bildirilib ki, o, snayper dəstəsinin komandiri olub. Eyni zamanda İkinci Qarabağ müharibəsinin iştirakçısı idi. 

O, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərdə iştirak edib.

Onun nəşinin artıq Azərbaycana yola salındığı qeyd olunur.