Beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri açıqlandı.

Caspian Energy Club-ın təşkil etdiyi, AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı, Social Lab agentliyinin isə rəqəmsal tərəfdaşlığı ilə keçirilən beşinci “Brand Award Azerbaijan” milli müsabiqəsində Azərbaycanın cari ildə 50 ən tanınan brendi müəyyən olunub.

Fins.az xəbər verir ki, bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Telman Əliyev bildirib ki, müsabiqədə 200  milli korporativ, xidməti və məhsul brendi iştirak edib. Səsvermədə dünyanın müxtəlif ölkələrindən 6500-ə yaxın respondent iştirak edib. Səsvermə zamanı şəffaflıq qorunub, belə ki, bir cihazdan yalnız bir dəfə səs vermək mümkün olub.

Telman Əliyev “Brand Award Azerbaijan” milli müsabiqəsi nəticəsində milli brendlərin geniş auditoriyalara çatdırılması və inkişafına nail olduq. Kiçik və orta biznes subyektlərinin tanınmasına şərait yarandı. Bununla yanaşı, müxtəlif şirkətlər öz rəqəmsal marketinq siyasətində yeniliklər tətbiq etdi, veb-saytlarını və məlumatlarını yenilədi, rebrendinq keçirdi və bu da onların məhsul və xidmətlərinin tanınmasına səbəb oldu. Bu “Brand Award Azerbaijan” layihəsinin əsas nailiyyətlərindən biridir. Bütün iştirak etmiş brendlərə təşəkkürümüzü bildiririk.” –deyə bildirib.

Telman Əliyev, həmçinin vurğulayıb ki, “Brand Award Azerbaijan” və “Brand Award” ticarət nişanları dünyanın 50 ölkəsində Caspian Energy Club-a məxsusdur. İlin sonunadək “Brand Award Turkey”  və “Brand Award International” müsabiqələri də keçiriləcək.

“Brand Award Azerbaijan” milli müsabiqəsinin qaliblərinin tam siyahısını təqdim edirik:

  1. Azərbaycan Beynəlxalq Bankı
  2. Azerçay
  3. Sun Paper
  4. Azpetrol
  5. Azəriqaz
  6. Bizim Tarla
  7. Azərsüd
  8. Azərduz
  9. Azərşəkər
  10. Aura
  11. Azersun Holding
  12. Atena
  13. Berqa
  14. Bizim Sufre
  15. PASHA Insurance
  16. SOCAR Polymer
  17. AzGranata
  18. Azərişıq
  19. Final
  20. Səba
  21. AZAL (Azərbaycan Hava Yolları)
  22. Çörəkçi
  23. International Consulting Company
  24. Vita 1000
  25. DOST Agentliyi
  26. Super Sun
  27. Bolmart
  28. CinemaPlus
  29. Zeytun Bağları
  30. IBA Mobile
  31. Shokki Mokki
  32. Grandmart
  33. Bizon
  34. Sobsan
  35. IBA Innovation
  36. Buta Airways
  37. Iceland Dondurmaları
  38. Tam Kart
  39. AzerTelecom
  40. AzərTac
  41. Doymak
  42. Sultan
  43. Mr. Fix
  44. Sağlam Ailə
  45. Corella
  46. ABAD
  47. Təmiz Qaz
  48. Delta Group
  49. Gazelli Group

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-ın əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. 

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-ın Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.