"Mastercard" yenidən təşkili çərçivəsində mövcud olduğu 80-dən çox ölkədəki bölmələrində işçilərin 3%-ni və ya təxminən 1000 nəfərini ixtisar etmək niyyətindədir.

İqtisadiyyat.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Agentlik bildirib ki, bu tədbirlər şirkətin inkişafı üçün nəzərdə tutulub.

Korporasiyanın işçi heyəti 2023-cü ilin sonunda 33 400 nəfər olub, onların 67%-i ABŞ-dən kənarda işləyib.

 

Gözəl Həşimova