Çinin internet nəhəngi "Alibaba Group" birinci maliyyə rübündə gəlir və mənfəətini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

İyunun 30-da başa çatan rübdə şirkətin xalis mənfəəti 24,27 milyard yuan (3,34 milyard dollar) təşkil edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 34,3 milyard yuan olub.

"Alibaba"nın rüblük gəliri isə 4% artaraq 243,2 milyard yuana çatıb.

Birinci maliyyə rübündə şirkət ümumilikdə 5,8 milyard dollara öz səhmlərini geri alıb.

 

Gözəl Həşimova