Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 405,3 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 57,6% azdır.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 37,4 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 367,8 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova